08.09.2025, 13:32
AZ EN
08.09.2025, 08:00 138

Azərbaycan taekvondoçuları "Swiss Open 2025" turnirində 7 medal qazandı

XƏBƏRLƏR
  • Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvləri İsveçrənin Sankt-Qallen şəhərində keçirilmiş "Swiss Open 2025" beynəlxalq turnirində 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Təmsilçilərimizdən Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüblər.

Eltac Qafarov (87 kq) gümüş, Qaşım Maqomedov (63 kq), Riyad Şirəliyev (68 kq) və Səmərrux Osmanova (49 kq) isə bürünc medallara sahib çıxıblar.

Komandamızın üzvü Bəhruz Quluzadə yarışın ən yaxşı idmançısı seçilib.

Milli komandamız yarışda ümumi komanda hesabında birinci yerə layiq görülüb. Turnirin yekununda kubok Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu tərəfindən Azərbaycan milli komandasına təqdim edilib.

Günel QULİYEVA

 

Oxşar xəbərlər