08.09.2025, 16:00
AZ EN
08.09.2025, 12:16 55

Xocalının Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 8-də Ağdamdan Xocalının Xanyurdu kəndinə yola salınıb.

Bu mərhələdə Xanyurdu kəndinə 15 ailə - 46 nəfər köçürülür.

Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. (AZƏRTAC)

Oxşar xəbərlər