Müdavimlər “qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər” ixtisası üzrə keçirilən kurs müddətində həm nəzəri, həm də praktiki biliklər əldə edərək işlə təmin olunmaq şansı qazanırlar.
Peşə hazırlığı iştirakçılarının kurs barədə təəssüratlarını onların öz dilindən dinləyək.
Xocalı rayonunun Malıbəyli kənd sakini, Elvin İbrahimov:
-İş üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Məni kursa göndərdilər. Hal-hazırda Xankəndi şəhərində “çilingər” kursunda iştirak edirəm. İnşallah, bu kursu bitirdikdən sonra Xankəndidə, öz torpağımda işləmək istəyirəm.
Xocalı rayonunun Ballıca kənd sakini, Ələddin Orucov:
-İşsiz kimi Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Onlar da çox sağ olsunlar. Məni iki aylıq bu kursa yönəltdilər. Hal-hazırda müəyyən qədər öyrənmişəm. İstəyirəm ki, “Azərqaz”da çilingər kimi işləyim. Çalışıram ki, imtahanları uğurla başa vurum öz torpağımda işləyim.
Təlimçi, Toğrul Yusibli:
-Kursumuz qaz avadanlıqlarının təmiri və istismarı üzrə “çilingər” kursundan ibarətdir. Kursumuza 10 nəfər qəbul olunub. Kursumuzun müddəti 2 ay nəzərdə tutulub. Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər hansı sənədlərlə işləyir, qazölçmə cihazları hansılardır. Nəzəri bilikləri 10 nəfər üçün bildiririk, məlumat veririk. Növbəti bir ay ərzində isə təcrübə hissədir, ərazidə nə cür işlənilir, işlər necə aparılır. Onunla bağlı göstərişlər, məlumat veriləcək. Uğurlu nəticə qazananlar “Aziqar” İstesalat Birliyində əməkdaş kimi fəaliyyət göstərəcək.
Tahirə AĞAMİRZƏ