İcmadan bildiriblər ki, avqustun 1-dən etibarən ilkin olaraq həftədə 4 dəfə saat 17:00-da iki saatlıq efirlə fəaliyyət göstərəcək kanalın Azərbaycan və rus dillərində buraxılışları nəzərdə tutulub. Gələcəkdə ingilis dilində də efirin olması planlaşdırılır.
“İlk efirlərmizdən etibarən peşəkar komandamız və tanınmış aparıcılarımızdan ibarət heyyətimizin təqdim etdiyi “Müzakirə vaxtı”, bir-birindən maraqlı süjetlərimiz, Qərbi Azərbaycan mədəniyyətinə dair verilişlərimiz, soydaşlarımızın ağrı – acısını əks etdirən insan hekayələrimiz, o cümlədən həmin verilişlərin rus versiyası və “Время дискуссии” proqramları ilə son 200 ildə soydaşlarımızın, tarixi-mədəni abidələrimizin, toponimlərimizin üzləşdiyi haqsızlıq, eləcə də qarşıda dayanan geri qayıdış məqsədi və məramına dair zəngin efir izləmək imkanınız olacaq.
Qərbi Azərbaycana qayıdış yolunda addımlarımıza dəstək olmaq üçün yaradılan “Qərbi Azərbaycan TV” internet televiziyasına sizlərin də dəstək olmasını xahiş edir, təqdim olunan çox maraqlı və baxımlı verilişləri aşağıdakı linklərdən izləməyə dəvət edirik.
Qərbi Azərbaycan TV–nin yutub kanalı –
https://youtube.com/@QerbiAzerbaycanTV
Qərbi Azərbaycan TV–nin tviter ünvanı -
https://twitter.com/qerbiazetv?t=EeeLyGJusWT_OZygDiHfKA&s=08
Qərbi Azərbaycan TV–nin feysbuk ünvanı –
https://www.facebook.com/profile.php?id=100095259673458
Qərbi Azərbaycan TV–nin instaqram ünvanı -
https://instagram.com/qerbi.aze.tv?igshid=OGQ5ZDc2ODk2ZA==
Qərbi Azərbaycan TV–nin tiktok ünvanı -
https://www.tiktok.com/@qerbi.aze.tv?_t=8eQZu0Kh0Zb&_r=1”, – deyə məlumatda bildirilib.
(AZƏRTAC)