Bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Elektrik təchizatına gəldikdə, bildirmək istərdim ki, cəmi gücü 7,8 MVt olan 2 ədəd kiçik su elektrik stansiyası artıq bərpa olunmuşdur. Əlavə olaraq 7 rəqəmsal idarəetmə mərkəzi və yarımstansiya layihəsinə başlanılmışdır ki, bunlardan da artıq 5-i tamamlanmışdır. Su ehtiyaclarının ödənilməsi ilə bağlı ərazidə ümumi həcmi 44,36 mln m3 olan 5 su anbarı və onlara bitişik 2 magistral su kanallarının təmir prosesləri də tam sürətlə davam etdirilir”, - deyə o əlavə edib. (AZƏRTAC)