07.07.2025, 06:44
AZ EN
06.05.2025, 17:31 134

Paşinyan Moskvaya getməkdən qorxur

XƏBƏRLƏR
  • Alman faşizmi üzərində qələbənin 80 illiyi ilə əlaqədar Moskvada keçiriləcək bayram tədbirlərinə cəmi iki gün qalıb. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın rəsmi dəvət aldığı həmin tədbirlərdə iştirak edib-etməyəcəyi sual altındadır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda hazırkı hakimiyyətə müxalif mövqeyi ilə seçilən “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, Ermənistanın Baş nazirinin ofisi Nikol Paşinyanın mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edib-etməyəcəyi ilə bağlı açıqlama verməkdən yayınıb. Parlamentin spikeri Alen Simonyan məsələyə münasibət bildirərkən deyib ki, Paşinyanın paradda iştirakı düzgün olardı.

"Bizə dedilər ki, gecikmə iqtidarın “Vətəndaş müqaviləsi” partiyası daxilindəki fikir ayrılıqları ilə bağlı deyil, çünki sorosçulər Moskvaya getməyə qarşıdırlar. Bu, daha çox xarici tərəfdaşların təhdidləri ilə bağlıdır. Onlar paradda hər hansı liderin iştirakının nəticəsiz qalmayacağını söyləyirlər. Hindistan, Macarıstan və Slovakiyanın baş nazirlərinin iştirak edə bilməsindən sonra Paşinyanın mövqeyi daha da mürəkkəbləşib. Kallas və Zelenskinin təhdidləri əslində nəticə verib. Bununla belə, Paşinyan fors-major hallar olmasa, Moskvaya getməyə meyllidir" - “Hraparak”da dərc olunan məqalədə belə deyilir.

O da qeyd olunur ki, əgər Baş nazir Mokvadakı paradda iştirak barədə qərar qəbul edə bilsə, hakim “Vətəndaş müqaviləsi”ndən yalnız milliyyətcə rus olan Aleksey Sandikov Paşinyanla birlikdə Moskvaya gedəcək: "Çünki Rusiya partiyanın bir çox üzvünü rədd edir və bəzi Soros üzvləri hətta persona non-qrata elan edilib və Moskvaya girişi qadağan edilib. Ermənistan hərbi birləşməsinin paradda iştirak etməsinə gəlincə, mənbələrimiz bildirir ki, Azərbaycandan fərqli olaraq İrəvan Moskvaya hərbçi göndərməyəcək”.

Elxan SALAHOV

Oxşar xəbərlər