Görüşün vasitəçilər olmadan keçirilməsini müsbət addım kimi dəyərləndirmək olar, ancaq Ermənistanın nə dərəcədə səmimi olub-olmaması sual doğurur və proseslərin sonrakı gedişatı bu məsələyə də aydınlıq gətirəcək.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Ermənistan 44 günlük müharibədə məğlub oldu və sülh dövrü başlanmalıdır.
“Qalib dövlət olan Azərbaycan Ermənistana sülh əlini uzatdı. Azərbaycan həmişə çalışıb ki, bütün məsələlər dinc yolla həll edilsin və çox vasitəçi olmasın, çünki hər vasitəçinin öz marağı var. Tərəflər vasitəçi olmadan üz-üzə öturub məsələləri özləri həll etməlidirlər”, - deyə M.Qasımlı bildirib. (Trend)