19.10.2024, 17:20
AZ EN
11.07.2023, 11:23 340

İcma sədri: “İstəyimiz 35 il əvvəl qovulduğumuz evlərimizə qayıtmaqdır”

XƏBƏRLƏR
  • “İstəyimiz 35 il əvvəl qovulduğumuz evlərimizə sülh şəraitində qayıtmaqdır”.

Bu fikirləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüşdə deyib.

O bildirib ki, Pakistan Azərbaycan üçün dost və qardaş ölkədir:

“Biz bu dostluğu hər zaman hiss etmişik. Pakistan beynəlxalq arenada hər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, həmçinin 44 günlük Vətən müharibəsində də siyasi və mənəvi dəstəyinizi göstərib. Lakin təəssüf ki, dünya ictimaiyyəti Cənubi Qafqazda son 200 ildə gedən proseslər barədə çox da məlumatlı deyil. Bizim də məqsədimiz bu prosesləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır”.

Əziz Ələkbərli xatırladıb ki, icma son 200 ildə öz torpaqlarından qovulmuş insanların yaratdığı bir təşkilatdır:

“Bizim 300 minə yaxın soydaşımız indiki Ermənistan ərazisindən qovulub. Bu gün Qarabağ məsələsi yekunlaşıb, sülh müqaviləsi imzalanarsa, o zaman 300 min insanın da öz evlərində yaşamaq hüququ təmin olunmalıdır. Biz bununla bağlı bir sıra beynəlxalq təşkilatlara müraciət etmişik. İstəyimiz 35 il əvvəl qovulduğumuz evlərimizə sülh şəraitində qayıtmaqdır”.

“Bununla əlaqədar Ermənistan Baş nazirinə də müraciət etmişik. İstəyirik ki, Azərbaycan vətəndaşlığı alıb bu ölkədə yaşayan ermənilər kimi azərbaycanlı soydaşlarımız Ermənistana qayıdıb orada yaşaya bilsinlər. Lakin təəssüf ki, Nikol Paşinyan bizim çağırışlarımıza cavab vermir”, - Ə.Ələkbərli vurğulayıb. (Report)

Oxşar xəbərlər