Bunu Latviyanın Xarici İşlər Naziri Edqars Rinkeviçsi AŞPA-nın yay sessiyası zamanı çıxışında deyib. O, daha sonra parlamentarilərin suallarını cavablandırıb.
Nazir hər iki ölkənin bütün çətinliklərə baxmayaraq sülh sazişi imzalamasına ümid etdiyini deyib.
"Azərbaycan və Ermənistan arasında dialoqun və siyasi prosesin intensivləşməsini alqışlayıram. Ümid edirəm ki, bu, müsbət və konkret nəticəyə gətirib çıxaracaq. Həmçinin Avropa Şurasının bu prosesdə lazımi şəraiti yaratmaqda oynayacağı bir rolun olduğunu düşünürəm”,- deyə o, qeyd edib. (APA)