Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistanda Aİ monitorinq missiyasının 3 əməliyyat mərkəzinin açılması ilə bağlı şərhində bildirib.
Onun sözlərinə görə, bu, yalnız AAAİ-nin regiondakı siyasətinin əsl məqsədini təsdiqləyir, onlar üçün əsas məqsəd Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, burada yaşayan insanların zərərinə regionu geosiyasi qarşıdurma meydanına çevirməkdir.
"Bəllidir ki, Ermənistanda Aİ-nin “müşahidəçi” bazalarının sayının artırılmasının Bakı ilə İrəvan arasında münasibətlərdə sabitliyin və sülhün bərqərar olması vəzifəsi ilə heç bir əlaqəsi yoxdur. Aİ missiyasının beynəlxalq ictimaiyyət və ilk növbədə Azərbaycan və Ermənistan qarşısında hesabat verməməsi Aİ-nin "yerdə" fəaliyyətində gizli gündəmin, mandatında "mülki" adı altında "ikinci bir məqsədin" olması ilə bağlı şübhələri gücləndirir. Bütün vəziyyəti nəzərə alsaq, Aİ-nin regiondakı hərəkətlərinin əsl motivləri ilə bağlı çoxsaylı qanuni suallar yalnız bizdə yaranmır", - deyə o bildirib. ("Trend")