Ermənistan heç vaxt Avropa Birliyivə NATO-nun üzvü ola bilməyəcək.
"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib. Erməni mətbuatı yazır ki, sabiq baş nazirin dediyinə görə, Azərbaybaycanla dövlət sərhədlərinin müəyyən edilmədiyi və qonşu ölkə kimi sülh şəraitində yaşayışın tənin olunmadığı indiki vəziyyətdə Ermənistanın NATO-ya üzv olmağa can atması cəmiyyəti aldatmaqdan başqa bir şey deyil. Avropa Birliyinə qoşulma isə Ermənistanın uzaq perspektivində də görünmür: "Buna nə Ermənistanın iqtisadiyyatının hazırkı durumu, nə də dayanıqlı inkişafı təmin edə biləcək infrastrukturların olmaması imkan vermir. Ona görə də bilmirəm nə dərəcədə ciddidir, amma indiki iqtidar söyləyir ki, NATO-ya üzv oluruq. Heç düşünmürəm ki, müraciət ediblər. Ümumiyyətlə, Ermənistan heç vaxt NATO və Avropa Birliyində olmayacaq. Biz üzv olanda Avropa Birliyi dağılacaq”.
Ermənistanın sabiq baş nazir vurğulayıb. ki, ölkəsinin NATO və Avripa Birliyi standartlarından uzaq olması hər iki beynəlxalq quruma üzv olmaq imkanlarını sıfıra endirib. Onun sözlərinə görə, Ermənistan Rusiyada satdığı keyfiyyətsiz mallarına Qərb bazarlarında satıcı tapa bilməyəcək: “Əvvəla, NATO bizi belə qəbul etmir, sonra Rusiyanın NATO-ya doğru atılan addımlara dözəcəyini düşünmürəm. Həmçinin Rusiya həmişə yüksək keyfiyyətli olmayan pendir, konyak, şərab, ayaqqabılarımızı qəbul edir. Məsələn, yaxşı konyaklarımız var, amma bu qədər. Əgər biz başqa bir təhlükəsizlik bloku ilə hərbi əməkdaşlığı davam etdirsək və ya heç olmasa bitərəf qalmasaq, o zaman Rusiyada erməni ayaqqabılarının keyfiyyətli olmadığını görməyə başlayacaqlar”.
Elxan SALAHOV