22.11.2024, 20:49
AZ EN
07.06.2023, 20:13 299

Fuad Nəcəfli: "Naxçıvanın Zəngəzur dəhlizi vasitəsilə tranzit nəqliyyat şəbəkəsinə çevrilməsi yaxın gələcəkdə mümkün olacaq"

XƏBƏRLƏR
  • Naxçıvan Muxtar Respublikasının Zəngəzur dəhlizi vasitəsilə tranzit nəqliyyat şəbəkəsinə çevrilməsi yaxın gələcəkdə mümkün olacaq.

Bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, Prezident İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı Muxtar Respublikanın ictimai-siyasi həyatında olduqca mühümdür:

"Naxçıvanın həyatında bu qədər geniş və əhatəli, bütün sahələrə dair təkliflərlə konkret həlli yolları olan ikinci bir proqram demək olar ki, yox idi. Dövlət proqramı Naxçıvanın inkişafına böyük təkan verəcək. Həm də ölkə iqtisadiyyatının özünəməxsus şəkildə inkişaf etdirilməsinə böyük töhfə olacaq".

F.Nəcəflinin sözlərinə görə, Dövlət proqramı 11 prioritet sahəni əhatə edir:

"Bunların ən önəmlisi əlbəttə ki, hamını maraqlandıran məsələ azad iqtisadi zonanın Naxçıvan Muxtar Respublikasında yaradılması ilə bağlıdır. Hər kəs bunu soruşur, maraqlanır. Zəngəzur dəhlizinin açlması Naxçıvan üçün böyük bir töhfədir. Naxçıvan Muxtar Respublikasının məhz Zəngəzur dəhlizi vasitəsilə tranzit nəqliyyat şəbəkəsinə çevrilməsi yaxın gələcəkdə mümkün olacaq. Dövlət proqramının bu sahədə verdiyi töhfələr məhz bu reallığın yaratdığı və inkişaf etdirdiyi hadisələrlə sıx bağlıdır". ("Report")

Oxşar xəbərlər