23.12.2024, 15:14
AZ EN
30.09.2022, 11:35 298

Aleksey Overçuk: “Nəqliyyat əlaqələrinin açılması Cənubi Qafqazın sabitlik regionuna çevrilməsi üçün həlledici addımdır”

XƏBƏRLƏR
  • Nəqliyyat əlaqələrinin açılması Cənubi Qafqazın sabitlik regionuna çevrilməsi üçün həlledici addımdır.

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiya mətbuatına müsahibəsində deyib.

"Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün dövlət başçılarının qərarı ilə Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb. Bu hədəfin əldə olunması Cənubi Qafqazın gərginlik ocağından sabitlik və iqtisadi çiçəklənmə regionuna təkamülü üçün həlledici addım olacaq", - deyə o bildirib.

A.Overçuk vurğulayıb ki, açıq kommunikasiyalar ticarət və humanitar əlaqələrin inkişafına, insanların bir-biri ilə təmasına imkan yaradacaq. (Trend)

Oxşar xəbərlər