"Vətən səsi" xəbər verir ki, bu barədə qeyri-maddi mədəni irsin hüquqi qourunması üzrə tədqiqatçı, hüquqşünas Səməd Vəkilov bildirib. O deyib ki, layihəni Azərbaycan Dövlət Pedaqoji Universitetinin UNESCO klubunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova onunla birlikdə hazırlayıb. Bu işdə Azərbaycanın müxtəlif elm sahələrində çalışan alimlər və ziyalılardan ibarət redaksiya heyəti yaxından iştirak edib.
Səməd Vəkilov bildirib ki, yeni nəşr sahəvi ensiklopediyalar kateqoriyasına aiddir. Burada UNESCO-nun yardılması, qanunvericilik bazası, quruma rəhbərlik etmiş şəxslər, Xoşməramlı səfir olmuş Mehriban Xanım Əliyevanın fəaliyyəti, Ümumidünya Maddi-mədəni İrsi, Qeyri-maddi mədəni irs, Dünya Sənət irsi, Yardıcı şəhərlər şəbəkəsi, Öyrənən şəhərlər şəbəkəsi, İlkin siyahıda olan namizəd şəhərlər, Beynəlxalq Konvensiyalar, rəsmi sənədlər, Azərbaycan-UNESCO əlqələri və digər bölmələr yer alıb. Ensiklopediyanın hazırlanmasında AMEA-nın ixtisaslaşmış institutları və Prezident Kitabxanası ilə əməkdaşlıq edilib.
"Zəngin mədəni irsi olan Azərbaycan xalqı dünya mədəniyyəti xəzinəsinə bir çox tövhələr verib. Mədəni irsimizin təbliği və qorunmasında beynəlxalq mədəniyyət təşkilatları və digər platformalar mühüm rol oynayır. Bu təşkilatlar arasında UNESCO-nun da özünəməxsus yeri var. Xarici siyasətmizin vacib tərkib hissəsi olan mədəniyyət diplomatiyasının formalaşmasında bu platforma xüsusi əhəmiyyətə malikdir", - deə Səməd Vəkilov əlavə edib.
Yeri gəlmişkən, Qərbi Azərbaycan ərazisində milli mədəniyyətimizin bir parçası olan tarixi abidələrimizin məhv edilməsi və saxtalaşdırılması ilə bağlı ictimaiyyət tərəfindən UNESCO-ya bir neçə dəfə müraciətlər göndərilsə də, qarşı tərəf adekvat reaksiya verməyib. Halbuki bütün xalqların hansı dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq mədəni irsinin saxtalaşdırılması və məhv edilməsinin qarşısının alınması hüququ beynəlxalq konvensiyalarda təsbit edilib.
Azərbaycan mütəxəssislərinin hazırladığı ensiklopediya UNESCO platformasının daha yaxşı öyrənilməsi, mədəni irsimizin qorunması mexanizmlərinin funksionallığının təmin olunmasında müsbət rol oynayacaq.
Elxan SALAHOV