Bunu millət vəkili Vüqar Bayramov özüünün “Facebook” hesabında yazıb. O, bildirib ki, ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar. Laçının adını dəyişməyə cəhd edən Ermənistan artıq həmin əraziləri öz halal sahiblərinə qaytarmaq məcburiyyətindədir. Sosial şəbəkələrdə, xüsusən də “Twitter”də bir sıra erməni ekspertlər və lobbistlər Laçın şəhərini tərk etmələrini guya öz “tarixi yurdlarından” çıxma kimi təqdim etməyə çalışırlar.
V.Bayramov əlavə edib ki, çox da uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, keçmiş SSRİ dövründə Laçın rayonunda əhalinin son siyahıya alınması 1979-cu ildə həyata keçirilib. Həmin siyahıya almaya əsasən, rayonun 47 min 261 sakini olub. Sovet siyahıya alınmasına əsasən etnik tərkibə gəldikdə, sakinlərin 44 min 665-i azərbaycanlı, 2 min 437-si kürd olub. Siyahıya alma zanmanı rayonda cəmi 34 erməninin yaşadığı qeydə alınıb. Azərbaycanlılar və etnik kürdlər bir ailə kimi yaşamışlar, erməni işğalından sonra da birgə rayonu tərk ediblər.Ümumi əhalinin etnik strukturunda hətta tam rəqəmlə ifadə oluna bilməyən ermənilər Laçın şəhərinə belə iddia etməkdən çəkinmirdilər. 1992-ci ildə Laçın işğal olunanda 65 min 507 sakin məcburi köçkün kimi Azərbaycanın 59 rayon və şəhərlərində məskunlaşmışlar.
Zabux kəndi də daxil olmaqla bütövlükdə Laçın rayonunun böyük iqtisadi potensialı var. Laçın turizm, sənaye, kənd təsərrüfatı sektorunda müqayisəli üstünlüyə malikdir. Qısa zamanda rayonun iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına re-inteqrasiyası mümkün olacaq.
Azərbaycan bölgədə sülhün əldə edilməsində maraqlıdır. Davamlı sqlh sadəcə ölkələrin nir-birilərinin ərazi bütövlüyünü və severenliyini tanıması halında mümkündür-, deyə milkllət vəkili vurğulayıb.
Erməni mətbuatının yaydığı xəbərə görə, avqustun 8-də axşam saat 8-də Laçında qeyri-qanuni yerləşdirilmiş ermənilərə dəstək məqsədi ilə BMT-nin İrəvandakı ofisinin qarşısında “Hadrut naminə” Partiyasının təşəbbüsü ilə aksiya keçiriləcək. BMT-nin qətnamələrini otuz ilə yaxın saya-hesaba almayan ermənilərin indi əl-ayağa düşməsi, göz yaşları tökməsi olduqca gülünc görünür.
Hazırladı:
Tahirə AĞAMİRZƏ