19.10.2024, 15:31
AZ EN
03.04.2024, 17:50 434

Delimitasiya Qazaxdan Zəngəzur istiqamətində aparılacaq

XƏBƏRLƏR

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası mərhələli şəkildə Qazaxdan Zəngəzur istiqamətində aparılacaq.  Artıq sərhədin delimitasiyası prosesi başlayır və 4 kənd Azərbaycana qaytarılacaq.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Armen Xaçaturyan deyib. O, delimitasiya prosesinə başlamağın çox böyük problem olduğunu söyləyərək deyib ki, sərhədlərin müəyyənləşdirilməsinə haradan başlayıb hara qədər davam etmək məsələsi çox çətin, amma həm də vacib amildir: "Çünki bununla bağlı tərəflər arasında danışıqlar getmirdi və proses uzandıqca müharibə təhlükəsi artırdı. Amma sonradan danışıqların aparılması müsbət hadisə oldu, delimitasiyaya başlamaq qərarı verildi. Azərbaycan tərəfi delimitasiya prosesinə şimal sərhədlərindən, yəni Tavuş-Qazax istiqamətindən başlamaq istədi, biz də razılaşdıq. Sərhədlərin müəyyənləşməsinə problemli məsələlərin olduğu bu hissədən başladıq, Tavuşdan Sünikə (Zəngəzur) doğru gəlirik”.

Deputat demilitasiya prosesinin ilkin mərhələsində 4 kəndin qaytarılması ilə bağlı razılaşmanı Azərbaycana güzəşt adalandıranların yanlış düşündüyünü deyyib: "Razılaşma güzəşt deyil. Dedilər ki, biz delimitasiyaya buradan başlayırıq, Ermənistanın da maraqlarına uyğun olduğuna görə razılaşdı. Bu gün sülh prosesinə ehtiyacımız var, ona görə də buna getdik”.

Xaçaturyan əlavə edib ki, demarkasiya və delimitasiya ilə mövcud sərhədlər yenidən təsdiqlənəcək və rəsmiləşdiriləcək: “Bizim ərazimizdə olan bizimdir, bizim olmayanlar Azərbaycana qaytarılacaq. Eynilə də Azərbaycan...”

Xaçaturyan İrəvanla Bakı arasında tərəflərin rəhbər tutduğu hər hansı razılaşdırılmış xəritənin olub-olmaması sualını da cavablandırıb: “İrəvan Bakı ilə heç bir xəritəni razılaşdırmır, çünki beynəlxalq səviyyədə tanınan xəritə və sərhədlər var. Sərhəd həmin xəritə ilə metr-metr çəkilməlidir. Bu, Almatı bəyannaməsi ilə təsdiqlənmiş xəritədir”.

Deputat jurnalistlərə Azərbaycanın tələb etdiyi 4 kəndin Ermənistana məxsus olmadığını da vurğulayıb: “Xəritəyə görə, onların azərbaycanlı olduğuna şübhə edirsiniz? Ciddisiniz? Azərbaycan ərazisidirsə, onlara veriləcək, başqası da bizim ərazidirsə, bizə verilməlidir”.

Xaçaturyanın fikrincə, bütün məsələlər öz həllini tapacaq, o cümlədən həmin kəndlərdən keçən yollarla bağlı problemlər: “Bəli, Azərbaycan ərazisi (yollar üçün) bizim üçün çox əlverişlidir. Amma məsələ budur ki, proses başlayıb, onu geri qaytara bilməzsiniz”.

Elxan SALAHOV

Oxşar xəbərlər