20.11.2025, 06:52
AZ EN
01.10.2025, 08:48 190

Naxçıvana yol dəhliz statusunda olacaq

XƏBƏRLƏR
  • Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında açılacaq yol dəhliz statusunda olacaq.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan bildirib.O, qeyd edib ki, uzun müddətdir gündəmdə olan Zəngəzur dəhlizinin açılması Azərbaycanın tələbidir və Ermənistan bu tələbi yerinə yerinə yetirmək öhdəliyi götürüb. Həmin öhdəliyə əsasən, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təmin edən nəqliyyat kommunikasxiyaları yol yox, dəhliz statusunda olacaq: “Əgər bu və ya digər ölkənin vətəndaşları qonşu dövlətin ərazisindən keçərək öz istədikləri marşrutla gedib-gələ bilirlərsə, bu, yoldur. Yalnız bir ölkənin fasiləsiz istifadə etdiyi marşrut varsa, o, yoldan daha artıqdır, bu, dəhlizdir. İndi Ermənistan Azərbaycan ərazisindən bu statusla keçə bilərmi və ya keçə biləcəkmi? Bunu təsəvvür edə bilərsinizmi? Mən edə bilmirəm”".

Elxan SALAHOV

Oxşar xəbərlər