23.12.2024, 10:19
AZ EN
17.05.2023, 12:54 345

Elman Nəsirov: “Türkiyə bütün dünyaya, onu daha çox ittiham edənlərə bir demokratiya dərsi keçdi”

XƏBƏRLƏR
  • İctimai TV Sinan Oğan seçicilərini kimə səs verməyə çağıracaq?,- kimi suallarla azərbaycanlı deputatların fikrini önə çəkib.

Milli Məclisin deputatı Elman Nəsirov bununla bağlı fikrini belə izah edib:

-Gəlin, tam səmimi şəkildə söyləyək ki, Türkiyədə keçirilən  bu seçkilər, həm Prezident, həm də parlament seçkiləri,  öz mahiyyəti etibarilə tarixi bir hadisə idi. Çünki bu, təkcə Türkiyənin gələcəyini deyil, eyni zamanda dünyadakı bir çox proseslərin taleyi məhz bu seçkilərin nəticələrindən asılıdır. Bu seçkilərin nəticələri Türkiyə demokratiyasının zəfəridir. Türkiyə  bütün dünyaya, onu daha çox ittiham edənlərə bir demokratiya dərsi keçdi. Elə bir dərs keçdi ki, qoy o ölkələrin özü Türkiyədən öyrənsin ki, demokratik seçki nəyə deyirlər”.

Millət vəkili daha sonra əlavə edib ki, mənə elə gəlir ki, Sinan Oğan öz seçicilərini çağıracaq, dəvət edəcək ki, məhz cənab R.T.Ərdoğana səs verin: “Niyə mən belə düşünürəm? Birincisi, ona görə ki, qalibləri mühakimə etmirlər. Cənab Ərdoğan,  bu seçkilərdən qalib gəldi, düzdür, tam rəsmiləşməsə də, amma ən yüksək nəticəni əldə edib. Öz rəqibindən təxminən 5 faizdən də çox  səsə malikdir.

İkincisi,bir parlamentə diqqət yetirək: parlamentdə, Türkiyə Böyük Millət Məclisində çoxluq kimin əlindədir, kim qalib gəlib parlament seçkilərində? Təbii ki, Cənab Ərdoğan və onun partiyası, onun  tərəfdaşları, müttəfiqləri. Cumhur İttifaqı bu seçkilərin qalibidir parlamentdə. Hipotetik baxımından təsəvvür edin ki,  Qılıçdaroğlu əgər prezidentdirsə, Sinan Oğan ona səs veribsə, o tərəfdarları Qılıçdaroğluna səs veriblərsə, onda nə vəziyyət yarana bilər? Faktiki olaraq, prezident  parlamentdən heç bir qanunu keçirə bilməz. Qılınçdaroğlunu biz nəzəri baxımdan prezident kürsüsünə qoysaq belə,  o, heç bir qanunu parlamentdən keçirə bilməyəcək. Çünki o parlament cənab Ərdoğan və onun partiyasının əlindədir. Deməli, Sinan Oğan bir ağıllı, dərrakəli siyasətçi olaraq düşünməlidir ki,  kimə səs verməlidir. O şəxsə ki, onun artıq parlamenti qalib gəlib, parlamentdə üstünlük təşkil edir və  eyni zamanda birinci tur seçkiləri zamanı ən yüksək nəticəni göstərib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər