23.01.2026, 21:04
AZ EN
19.01.2026, 14:54 217

“Tramp Marşrutu”nun investisiya yükü: Ermənistan öz payını sata bilər

XƏBƏRLƏR
  • ABŞ hökuməti "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP" adlandırılan Zəngəzur dəhlizi layihəsinin reallaşdırılmasına ilkin mərhələdə 140 milyon dollar investisiya yatıracaq.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyana istinadən məlumat yayıb. Bildirilir ki, artıq Amerika tərəfi ilə layihənin maliyyələşdirilməsi mexanizmləri ilə bağlı müzakirələr aparılıb və bir neçə mərhələdə davam edən danışıqların nəticəsi olaraq müəyyən razılaşmalar da əldə edilib. Belə ki, layihəyə uyğun tikinti işlərinin icrasına hazırlıq mərhələsi üçün ABŞ tərəfi 140 milyon dollar ayıracaq. Növbəti mərhələdə isə layihənin icra vəziyyətindən asılı olaraq. investiyanın həcmi ehtiyacalara uyğun məbləğlərdə artırıla bilər.

Baş nazir bildirib ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin tikintisi və qurğularla təchizat təminatının neçəyə başa gələcəyi ilə bağlı hesablamalar hələ davam edir. Onun sözlərinə görə, layihənin ümumi investisiya həcmi mütəxəssislərin hərtərəfli araqşdırmalarından sonra məlum olacaq: "Dəmir yollarının yenidən qurulması üçün tələb olunan xərclərin həcmini müəyyən etmək üçün texniki-iqtisadi hesablamalar aparılmalıdır. Gömrük və sərhəd terminallarının qurulması, müasir avadanlıqların alınması və quraşdırılması da kifayət qədər xərc tələb edir. Ona görə də Amerika tərəfinin investisiyalarının da həcminin nə qədər olacağı hələ konkretləşməyib. Amma artıq məlumdur ki, ABŞ tərəfki layihənin hazırlıq mərhələsi üçün 140 milyon dollar ayrılıb. Şübhəsiz ki, investisiyalar böyük olacaq, lakin konkret məbləğ sonrakı mərhələlərdə açıqlanacaq".

Xatırladaq ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun icrası üzrə çərçivə sənədi yanvarın 13-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-yə səfəri zamanı ictimaiyyətə açıqlanıb. Metəxəssilərin fikrincə, Ermənistan hökuməti pay bölgüsünə uyğun maliyyələşdirməni daxili imkanlar hesabına maliyyələşdirmək imkanına malik deyil. Üstəlik xarici dövlət borcu kifayət qədər yüksək olmasını da nəzərə alsaq, rəsmi İrəvanın beynəlxalq təşkilatlardan kredit almaq imkanları da xeyli məhduddur. Belə bir vəziyyətdə Ermənistan "TRIPP" layihəsindəki payını xarici ölkələrdən birinə sata bilər. Bu halda ən şanslı ölkələrdən birinin Azərbaycan olduğu deyilir. 

Elxan SALAHOV

 

Oxşar xəbərlər