19.10.2024, 21:21
AZ EN
29.08.2024, 13:57 156

Azərbaycanla sərhəd kəndlər sürətlə boşalır

XƏBƏRLƏR
  • Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarının - Basarkeçər (Qeqarkunik), Tavuş və Zəngəzur (Sünik) sakinləri kütləvi şəkildə evlərini tərk edirlər.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, son 5 ildə adı çəkilən rayonları 40 minə yaxın sakin tərk edib. Xüsusilə Tavuş və Zəngəzur zonasına aid kəndlərin bir çoxunda sakinləri kütləvi köçü qeydə alınıb. Azərbaycanla sərhədə ən yaxın kəndlər isə tamamilə boşalıb.

Erməni mətbuatı yazır ki, kasıblıq və iqtisadi gerilik sərhətyanı kəndlərin kütləvi şəkildə boşalmasına daha çox təsir edir. Həmin kəndlərdə yaşamaqda davam edən əhali  dərin məyusluq içərisindədir. Onlar gələcəyə dair qeyri-müəyyənlikdən, təhlükəsizlik təminatının olmamasından, yığılmış sosial problemlərin həll edilməməsindən narahatdırlar. Evlərini tərk edənlər bildirirlər ki, İkinci Qarabağ müharibəsindən sonra sərhəd bölgələrində qorxu və bədbinlik daha da güclənib və bu, kütləvi köçə səbəb olub.

Rəsmi statistikaya görə, 2019-cu ilin yayında Basarkeçərdə 230 minə yaxın insan yaşayıb. Lakin pandemiya, 44 günlük müharibə və Azərbaycanla sərhəddəki müntəzəm toqquşmalar vəziyyətə xeyli təsir edib: regionun əhalisi 13 min nəfər azalıb.

Statistik təhlillər göstərir ki, Basarkeçər Ermənistanın ən yoxsul rayonlarından biridir: burada hər üçüncü şəxs yoxsulluq həddində yaşayır. Sakinlər şikayətlənirlər ki, həyat getdikcə çətinləşir: insanlar yoxsullaşır, fəlakətli pul çatışmazlığı var. Sevan sakinləri qeyd edirlər ki, gənclərin əksəriyyəti İrəvana köçməyə üstünlük verir, çünki Sevanda iş yeri yoxdur, dövlət müəssisələrinin fəaliyyəti dayanıb.

Elxan SALAHOV

Oxşar xəbərlər