Ermənistan Rusiyanı müharibəyə cəlb edərək ona qarşı ikinci cəbhəni açmaq istəyir”. Bu fikirləri Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnnikov açıqlamasında səsləndirib.
“Laçın yolunda baş verən gərginlik ilk növbədə Azərbaycanın Qarabağ regionundakı təbii sərvətlərin ermənilər tərəfindən qanunsuz istifadə olunması ilə bağlıdır”. Bu fikirdə olan Dmitri Solonnikov bildirib ki, Azərbaycan haqlı olaraq Qarabağdakı təbii resrusları üzərində nəzarəti bərpa etmək istəyir.
Ekspertin qənaətincə, Laçın yolunda baş verən gərginlik həm də üçtərəfli bəyanatın müddəalarının Ermənistan tərəfindən icra olunmaması ilə əlaqədardır: “2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli razılaşmada iki dəhlizin açılmasından söhbət gedirdi. Laçın yolu və Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi. Zəngəzur dəhlizinin açılması Rusiya üçün daha vacibdir. Ona görə ki, Rusiyadan Türkiyəyə, Aralıq dəhlizinə birbaşa yol açılırdı. Əlbəttə ki, Rusiya üçün hər iki dəhlizin eyni vaxtda işləməsi vacibdir. Laçın yolu işləyir, Zəngəzur dəhlizi isə yox”.
Rusiyalı ekspert hesab edir ki, Ermənistan əsilli Ruben Vardanyanın Qarabağa yerləşməsi faktı vəziyyəti gərginləşdirməyə xidmət edir və üçtərəfli
bəyanatların icrasını ləngidir: “Qarabağda vəziyyət son dövrlərdə dəyişib. Vardanyanın ora gəlməsi, təbii ki, nizamlanmaya kömək etmir. Amerika Birləşmiş Ştatlarının sanksiyalarından yayınmaqdan ötrü Rusiya vətəndaşlığından imtina edən bu adam Qarabağa yerləşəndən bəri çoxlu pullar xərcləyir. İndi isə şübhə var ki, Vardanyan Azərbaycanın təbii sərvətlərinin bir hissəsi olan qızıl mədənlərini talayaraq xərclədiyi pulları kompensasiya etməyə çalışır. Vardanyan kifayət qədər biznes əlaqələri olan adamdır. Onun qızıl ticarəti ilə məşğul olması nəsə unikal bir şey deyil. Qarabağda resurs var. Ona görə də Vardanyan həmin resursu reallaşdırmağa cəhd edir”.
D.Solonnikov bildirib ki, Laçın yolundakı gərginliyə son qoymağın yeganə yolu Azərbaycan nümayəndələrinin Qarabağdakı qızıl mədənlərinin monitorinqə buraxılması, eləcə də dəhlizdən giriş-çıxışa nəzarətə Azərbaycanın da cəlb olunmasıdır. Əgər bu baş verəcəksə, o zaman gərginlik azalacaq. Əks halda vəziyyət daha da çıxılmaz ola bilər. Rusiyalı politoloqun fkrincə, Ermənistan bilərəkdən vəziyyəti gərginləşdirir. Məqsəd Rusiyanı münaqişəyə cəlb edib, ona qarşı ikinci cəbhə açmaqdır: “Təəssüflər olsun ki, Rusiyanı Qafqazdakı münaqişəyə cəlb etmək xərcləri bitmir. Biz bunu iki il bundan öncə də, bu gün də görürük. Çox güman ki, Ermənistan qarşısında kimlərsə tərəfindən Rusiyaya qarşı ikinci cəbhə açmaq tapşırığı qoyulub. Anlaşılandır ki, Rusiya xüsusi hərbi zonasında çətinliklə üzləşib. Ona görə də Rusiyaya qarşı bu cür təxribatlar baş verir. Qərb Rusiyaya qarşı təkcə Ukrayna cəbhəsi ilə kifayətlənmir. Müntəzəm, İrəvan-Paris, İrəvan-Vaşinqton təmasları da bunu sübut edir”.
Ekspertin sözlərinə görə, bu vəziyyətdə Rusiya özünü çox ehtiyatlı aparmalıdır. Çünki Rusiya Azərbaycanla və Türkiyə ilə dost, strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Ona görə də Bakı və Ankara ilə böyük münaqişəyə getmək heç bir halda Moskvanın maraqlarına cavab vermir.
Hazırladı: Tahirə AĞAMİRZƏ