15.01.2026, 07:43
AZ EN
30.08.2025, 13:56 171

Yaxın aylarda Ağdam şəhərinə ilk köçə başlanılacaq

XƏBƏRLƏR
  • Bu ilin payızında Ağdam şəhərinə ilk köçə başlanılacaq.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Ağdam şəhərində bərpa işləri sürətlə davam edir: "Şəhərdə çox ciddi infrastruktur işləri həyata keçirilir. Ağdam şəhərinə bu il növbəti aylarda, payız aylarında ilk köçə başlanılacaq".

O vurğulayıb ki, gələn ilin sonuna qədər artıq Ağdam şəhərinin tarixi mədəni mərkəzi hissəsi tam bərpa olunacaq və əhalinin istifadəsinə veriləcək. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR