Tarixçi alim, Milli Məclisin deputatı Musa Qasımlı AZTV-də gedən müzakilərlər zamanı bildirib ki, Ermənistanın baş naziri N.Paşinyanın ittihamlarının heç bir əsası yoxdur: “Onun bu bəyanatı başqa dövlətin, Azərbaycan Respublikasınınn daxili işlərinə uğursuz qarışmaq cəhdidir. Ona görə ki, Azərbaycan dövləti özünün dünya birliyi tərəfindən tanınmış coğrafi siyasi sərhədləri daxilində, ərazilərində suveren hüququnu həyata keçirərək Laçın rayonu ərazisində Ermənistanla sərhəddə Həkəri çayının üstündə özünün nəzarət-buraxılış məntəqəsini qurub. Buna dünyada heç kimsə, heç bir siyasətçi etiraz edə bilməz. Çünki bu, Azərbaycanın sırf daxili işidir, Azərbaycan daxili məsələlərini heç kimlə müzakirə etmir”.
Tarixçi-alim daha sonra 10 noyabr tarixli üçtərəbli bəyanatın müddəalarının Ermənistan tərəfindən pozulduğuna diqqət yetirib: “Orda açıq şəkildə göstərilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bu günə qədər Ermənistan on müddəanı yerinə yetirməyib, pozub. Yəni, Paşinyanın bu məsələrdən danışmağa nə mənəvi, nə də siyasi haqqı yoxdur.
İkincisi, üçtərəfli bəyanatda yazılır ki, Azərbaycan və Ermənistan delimitasiya, demarkasiyanı həyata keçirib, sülh sazişini imzalamalıdırlar. 2020-ci il 10 noyabr tarixindən artıq iki ildən çox vaxt keçir, lakin Ermənistan delimitasiya başlamır. Sərhədlər əgər müəyyənləşməsə, necə demarkasiya etmək olar, xəritəyə köçürtmək olar və ümumi razılıq olmasa, sülh sazişi imzalanar, imzalanmaz? Təbbii ki, imzalanmaz. Soruşulur, Ermənistan nə üçün delimitasiyanı həyata keçirmək istəmir, demarkasiyanı həyata keçirmək istəmir və sülh sazişini imzalamaq istəmir? Ona görə ki, vaxt qazanmaq istəyir, zamana buraxmaq istəyir. Hesab edir ki, nə vaxtsa əlverişli beynəlxalq və digər bir şərait yarana bilər. Amma bu da heç bir zaman ola bilməz. Bu, mümkün deyil. Azərbaycan hərb meydanında da qələbə qazanıb, diplomatik siyasi masada da Azərbaycan öz qələbəsini bütün dünyaya elan edib. Azərbaycana kimsə təzyiq göstərərək hökm edə bilməz. Məsələnin digər tərəflərinə diqqət edək, otuz ildə biz həmişə həsrətdə qalmışıq ki, o ərazilərimizdən bizə daşınan silah-sursatın qarşısı alınacaqmı, bura terrorçular, qeyri-qanuni məsələlər daxildir. Bu, təkcə Ermənistan və Azərbaycan arasında olan məsələ ilə bağlı deyil, bütövlükdə Ermənistan narkoticarəti qrafiki olduğu, terrorçuların sığındığı bir yerdi. Ona görə, Azərbaycanı orda sərhəd-keçid buraxılış məntəqəsinin qurması ilə bu münasibətlərin ölkəmiz daxilindən digərləri ilə münasibətlərin tamamilə tənzimlənməsidir. Laçın yolunda sərhəd keçid-buraxılış məntəqəsinin qurulması sayəsində ölkəmizə terrorçuların və hərbi silah-sursat, mina daşınmalarının qarşısı alınacaqdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ