Bu sözləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində təhlükəszilik orqanlarının veteranı, polkovnik Şamil Süleymanov bildirib.
Ş.Süleymanov qeyd eidb ki, Heydər Əliyev bir dərya idi. Çox istedalı idi, onunla söhbət edəndə hiss edirdin ki, o, möhkəmdir, o, qranitdir.
"Belə bir ensiklopedik biliyə malik olan şəxsin rəhbərliyi altında işləmək mənə həm peşəmdə, həm də həyatda çox şey öyrətdi. Şəxsən mən, peşəkar kəşfiyyatçı kimi yetişməyimə görə Heydər Əliyevə borcluyam. 34 illik fəaliyətim boyu onun tövsiyələri, öyrətdikləri mənim üçün bir mayak oldu", - deyə o, əlavə edib.
Ş.Süleymanov vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi ilə keçirilən əməliyyatlar təhlükəsizlik orqanlarının hər bir əməkdaşı üçün məktəbdir.
"Onun hazırladığı və şəxsən həyata keçirdiyi bütün əməliyatlar peşəkarlıq baxımdan bənzərsizdir. Heydər Əliyevin uğurlarının təməlində fərqli iş metodu, məsələlərə fərqli yanaşma xüsusiyəti, özünə və əməkdaşlara qarşı çox ciddi tələbkarlığı, dərin düşüncə tərzi, mükəmməl analiz qabiliyyəti dayanırdı", - deyə o, əlavə edib.
Polkovnik qeyd edib ki, Heydər Əliyev təhlükəsizlik orqanlarında sözün əsl mənasında bir məktəb yaradıb.
"Bu gün də xüsusi xidmət orqanlarının əməkdaşları Heydər Əliyevin əsasını qoyduğu məktəbdən bəhrələnir, vətəninə, dövlətinə və xalqına sadiq insanlar kimi ölkəmizin təhlükəsizliyinin keşiyində dayanır", - deyə o, əlavə edib. (Trend)