08.09.2024, 08:51
AZ EN
09.06.2023, 16:54 321

Ulu Öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə görüşü: Bakı şəhəri, Yasamal rayonu, 11 oktyabr 1995-ci il.

XƏBƏRLƏR
  • “Vətən səsi” Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycanda “Heydər Əliyev İli” münasibətilə xalqımızın böyük liderinin qaçqınlıq və məcburi köçkünlük probleminin həllində, xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə səfərbər olunmasında tarixi xidmətləri barədə silsilə yazılar hazırlayır. Bu silsiləyə Ulu Öndərin məcburi köçkünlərlə görüşləri barədə tarixi arayışlar da daxildir.

1995-ci il oktyabrın 11-də Azərbaycanın Prezidenti Heydər Əliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd xan Leqari ilə birlikdə Bakı şəhərinin Yasamal rayonu ərazisində - Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında məskunlaşmış Füzuli,  Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərlə görüşüb.

Məcburi köçkünlər Azərbaycanın və Pakistanın dövlət başçlarını hərarətlə salamladılar və onlara gül dəstələri təqdim etdilər. Prezidentlər köçkünlərin yaşadıqları otaqlara baxdılar, onların həyat şəraiti ilə yaxından tanış oldular.

Sonra yataqxananın iclas zalında köçkünlərlə görüş keçirildi. Çıxış edən köçkünlər Prezident Heydər Əliyevin daxili və xarici siyasətini bəyəndiklərini, bu siyasət nəticəsində tezliklə öz doğma yerlərinə dönəcəklərinə böyük ümidləri olduğunu bəyan etdilər. Onlar dost ölkələrin də Azərbaycanın haqq səsinə səs verməsinə və o cümlədən Pakistan dövlətinin köməyinə də ümid bəslədiklərini bildirdilər.

 Sonra Prezident Heydər Əliyev nitq söylədi:

-Əziz bacılar, qardaşlar!

Əziz uşaqlar, əziz vətəndaşlarımız!

Mən bu gün Pakistan Prespublkasının Prezidenti cənab Fərrux Əhməd xan Leqari ilə birlikdə sizin yanınıza, görüşünüzə gəlmişəm. Mən bura Sizin vəziyyətinizlə bir daha tanş olmaq üçün gəlmişəm. Bilirsiniz ki, Pakistan Prezidenti cənab Fərrux Əhməd xan Leqari üçüncü gündür Azərbaycanda rəsmi ziyarətdədir. O mənim dəvətimlə Azərbaycanda səfərdədir. Üç gün müddətində biz çox səmərəli danışıqlar apardıq, iki dövlət – Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında, ticarət və iqtisadi əlaqələr və digər məsələlər barədə sazişlər imzaladıq. Bu Azərbaycan torpağında Pakistan rəhbərliyi ilə ilk yüksək səviyyəli görüşümüzdür və ilk dəfə imzalanan sənədlərdir.

...Məcburən çıxdığınız rayonlar, kəndlər təkcə sizin üçün əziz deyil, bütün Azərbaycan vətəndaşları üçün əzizdir. Mənim üçün isə Azərbaycan Prezdenti kimi, vətəndaş kimi, Azərbaycanı öz canından çox sevən bir insan kimi Azərbaycanın hər bir guşəsi, hər bir nöqtəsi əzizdir. Ona görə bizim yeganə arzumuz və ən ali məqsədimiz ondan ibarətdir ki, torpaqlarımız tezliklə azad olunsun, erməni işğalçıları ərazilərimizdən çıxsınlar.

Azərbaycanın işğal edilmiş torpaqları azad olunacaqdır. Azərbaycan müstəqil dövlət kimi öz taleyinin, öz ərazisinin, öz torpaqlarının sahibi olacaqdır. Buna əmin ola bilərsiniz...

Sonra Pakistan Pespublkasının Prezidenti cənab Fərrux Əhməd xan Leqari çıxış etdi. O, bildirdi ki, həmişə Azərbaycanın yanındadır. Pakistan xalqının Azərbaycan xalqının başına gətirilən müsibətlərdən xəbəri var və köçkünlərə kömək üçün əlindən gələni etməyə hazırdır. İndiyədək bir neçə dəfə bu istiqamətdə addımlar atılıb və yenə də davam etdiriləcəkdir. Pakistan Azərbaycanın dünyada haqq səsinə həmişə səs verib və bundan sonra da verəcəkdir.   

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər