01.07.2025, 17:13
AZ EN
10.05.2023, 16:30 410

Sadıq Qarayev: "Azərbaycanı tam bir vəhdət halında-insanını, təbiətini sevmək Ulu Öndərin güc mənbəyi idi"

XƏBƏRLƏR

Yazıçı, alim Sadıq Qarayev yazır:

-Camaat həyətlərindəki və yol qırağındakı ağacları, hətta meyvə ağaclarını kəsib yandırırdılar. Naxçıvanın soyuq, qazsız, işıqsız çətin qış günlərində. Yenə də  yol qırağınadakı ağacları kəsən bir qurup insan, dövlət aftomobillərinin yaxınlaşdığını görüb, qaçırlar... O,  aftomobildən düşür, insanları geri çağırıb deyir: "Bilirəm, məcburən kəsirsiniz, ancaq dibdən kəsməyin, elə kəsin ki, sonra yenə pöhrələsinlər.

Sonralar "hər bir ağac kəsən, elə bil mənim qolumu kəsir", -deyir Ulu Öndər.

"O, Cavidin nəşini Sibirdən öz vətəninə gətizdirir.

O, Azərbaycan şeirini söyləyəndə gözləri dolur...

O, Azərbaycanlı olmağı ilə fəxr edir...

O, hər bir azərbaycanlının idrakı, vətənpərvərliyi, elmdə, mədəniyyətdə, hərbdə və s. bütün sahələrdə qazandığı uğurlarla fəxr edir..

O, ömrünü Azərbaycan dövlətçiliyinə və hər bir azərbaycanlının intellektli, dünyagörüşlü, vətənəpərvər olmasına sərf edir. 

Azərbycanı tam bir vəhədət halında- insanını, təbiətini sevmək  Onun güc mənbəyi idi. ALLAHIN bəxş etdiyi, tarix yaradan insanlara məxsus fenomenal idrak və xarekterik xüsusiyyətlər bu güclə birləşərək Böyük Heydər Əliyev şəxsiyyətini yaratmışdır", - S.Qarayev fikrini tamamlayır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər