Vüqar Bayramov yazır:
İtaliyanın Neapol şəhərində təşkil edilən “Ulu Öndər Heydər Əliyev Regional Enerji Təhlükəsizliyi Siyasətinin Banisi Kimi” adlı Beynəxalq Elmi Konfransda çıxışım zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki artan roluna diqqət çəkərək bildiridm ki, ənənəvi məhsullar ilə yanaşı ölkəmiz yaxın illərdə köhnə qitəyə bərpa olunan mənbələrdən əldə olunan enerjini də ixrac edəcək. 2017-ci ildən başlayaraq Azərbaycanın Avropaya elektrik enerjisi də nəql edəcəyi gözlənilir. Azərbaycan artıq qitə enerji təhlükəsizliyinə töhvə vermiş ölkələrdən sayılır. Hazırda regionun təhlükəsizliyinə xüsusi töhvə verən enerji strategiyası birbaşa Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində mümkün olmuşdur. Daha sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizi Avropa Birliyinin, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhvə verir. Bu gün artıq reallığa çevrilmiş TAP və TANAP kəmərləri Azərbaycan mavi qazının region və eləcə də Avropa ölkələrinə nəqlini həyata keçirir. 2021 və 2022-ci illərdə Avropada müşahidə edilən enerji böhranı kontekstində Azərbaycan mavi qazı və digər enerji resursları birliyin xüsusilə də Cənubi Avropanın enerji təhlükəsizliyinin formalaşmasında xüsusi paya malik oldu.
Tədbir Azərbaycan Respublikası Diasporla İş Komitəsi və Neapol-Bakı Assosiyasiyası ilə birgə təşkil edilib. Konfransda ABŞ, İtaliya, Türkiyə və Gürcüstanı təmsil edən ekspertlər Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı öz fikirlərini bölüşdülər.
Hazırladı: Tahirə AĞAMİRZƏ