22.11.2024, 12:06
AZ EN
16.05.2023, 15:42 258

Ulu Öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərlə görüşləri: Bakı şəhəri, tələbə yataqxanası, 11 iyul 1995-cü il.

XƏBƏRLƏR
  • “Vətən səsi” Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycanda “Heydər Əliyev İli” münasibətilə xalqımızın böyük liderinin qaçqınlıq və məcburi köçkünlük probleminin həllində, xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə səfərbər olunmasında tarixi xidmətləri barədə silsilə yazılar hazırlayır. Bu silsiləyə Ulu Öndərin məcburi köçkünlərlə görüşləri barədə tarixi arayışlar da daxildir...

1995-ci il iyulun 11-də ölkə prezidenti Heydər Əliyev Azərbaycana səfərə gəlmiş Türkiyə Respublikasının Baş naziri Tansu Çillər ilə birlikdə Bakı şəhərində tələbə yataqxanalarından birində yerləşdirilmiş qaçqınlar və məcburi köçkünlərlə görüşüb.

Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Füzuli rayonlarından olan 500-dək ailənin yaşadığı yataqxanada insanlar Ulu Öndər Heydər Əliyevi və qardaş ölkənin baş naziri Tansu Çilləri böyük bir məhəbbətlə qarşıladılar.

Tansu Çillər qaçqn və məcburi köçkünləri salamlayaraq onlara müraciətlə dedi: "Bu görüşə 60 milyonluq Türkiyə xalqının sizi düşündüyünü bildirmək, onların salamını və sevgisini sizlərə yetirmək üçün gəlmişəm. Azərbaycanın təcavüzkara qarşı apardığı dava mənim öz davamdır. İstəyirəm bunu biləsiniz. Bu gün burada bütün gördüklərim bütün dünyaya bildirilməli bir məsələdir. Təcavüz nəticəsində siz öz torpaqlarınızdan, yerlərinizdən ayrı düşmüsünüz. Bacınız sizin bu haqlı mübarizəniz haqqında həqiqəti bütün dünyaya anladacaqdır. Heç narahat olmayın, öz torpaqlarınıza, yurd-yuvanıza qayıtmağa hazırlaşın. Mən bu davanı öz ölkəmin vətəndaşlarının apardığı müharibə kimi qəbul edərək, hörmətli Prezident Heydər Əliyevlə birlikdə obyektiv informasiyanı bütün dünyaya gərəyincə yaymaqda davam edəcəyəm. Bunu bilməyinizi istəyirəm".

Sonra Prezident Heydər Əliyev və Türkiyə Respublikasının Baş naziri Tansu Çillər məcburi köçkünlərlə söhbət etdilər. Köçkünlər qardaş ölkənin rəhbərlərini öz doğmaları kimi bağırlarına basdılar...

Hazırladı: Mina RƏŞİD        

Oxşar xəbərlər