Bunu İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Marko Skurria Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.
O qeyd edib ki, Heydər Əliyev İtaliya ilə əlaqələrə böyük önəm verib.
“Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələr 30 ildən çoxdur ki, davam edir və hələ də möhkəmdir. İki ölkə təkcə enerji sahəsində deyil, digər sahələrdə də səmərəli əməkdaşlıq edir. Ötən il İtaliya ilə Azərbaycan arasında ticari dövriyyə 17 milyard avronu keçib və bunun daha da artacağına ümid edirik. Azərbaycan beynəlxalq nüfuza malik qüdrətli ölkədir və bunun təməlində Heydər Əliyev siyasəti dayanır”, - deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir. (Trend)