Əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində peşə məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra konfrans iştirakçılarına Ulu Öndərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər respublikamızda təhsilin bütün sahələri kimi peşə təhsilinin də inkişafının Heydər Əliyevin adı ilə bağlı olmasından, Ulu Öndərin diqqəti və qayğısı nəticəsində Azərbaycanda peşə təhsili müəssisələrinin tədris-maddi bazasının genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində çox ciddi işlər görülməsindən bəhs ediblər.
Hazırladı: Mina RƏŞİD