Əsər Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevin “Heydər Əliyev haqqında boşnak dilində ilk kitab” adlı müqəddiməsi ilə açılır. Nəşrdə Ulu Öndər Heydər Əliyevin keçmiş “Dağlıq Qarabağ münaqişəsinin” həlli istiqamətində atdığı addımlar, Əsrin müqaviləsinin imzalanmasında rolu, daxili stabilliyin təmin edilməsi, fəal xarici siyasət kursunun işlənib hazırlanması və həyata keçirilməsində xidmətləri ətraflı təhlil və təsvir olunur. Müəllif mövcud siyasi reallıqların təhlili əsasında Azərbaycan dövlətçiliyinin çətin şəraitdə qurulub möhkəmləndirilməsində və tarixi Qarabağ Zəfərinin qazanılmasında Ümummilli Lider Heydər Əliyev təcrübəsinin və dövlətçilik irsinin rolunu işıqlandırıb.
On fəsildən ibarət kitabda, həmçinin Azərbaycan-Bosniya və Herseqovina münasibətləri, ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri və ölkəmizdəki mövcud əlverişli investisiya mühiti barədə ətraflı məlumat verilir.
Dekabrın 12-də Bosniya və Herseqovinanın Milli və Universitet Kitabxanasında kitabın təqdimat mərasimi keçiriləcək. (AZƏRTAC)