Tədbir iştirakçıları əvvəlcə Zəngilan RİH-nin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.
Sonda Ümummilli Liderin həyatından bəhs edən “Əsrin adamı” filmi nümayiş olunub.
***
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Füzuli rayon Heydər Əliyev Mərkəzinin iclas zalında rəsmi yığıncaq keçirilib.
Tədbirdən əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup ziyalı, şəhid ailələri və qazilər Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər. Daha sonra Füzuli rayon Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan və kitablardan ibarət sərgiyə baxış keçirilib.
Rəsmi yığıncaq Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev “Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti (1969-2003-cü illər)” haqqında məruzəsi ilə çıxış edib.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ”Əsrin adamı” filmi nümayiş olunub.
Hazırladı: Mina RƏŞİD