22.11.2024, 20:49
AZ EN
18.04.2023, 10:52 204

Erməni mətbuatı həbsdəki əsgərlərimizə şər atır

XƏBƏRLƏR

Məlum olduğu kimi, dünən Ermənistan prokurorluğu yolu azaraq Ermənistan ərazisinə keçən və həbs edilən iki əsgərimizlə bağlı dövlət sərhədini qanunsuz keçmə, odlu silah-sursat gəzdirmə maddələri ilə cinayət işi açıb. Bu isə həm bir çox psevdo ekspertlərin, həm də deputatların müxtəlif fikirlər bildirməsinə səbəb olub. Erməni mətbuatı isə öz ənənəsinə sadiq qalaraq bu olayı sırf düşmən mövqeyindən işıqlandırır. "Hraparak"ın bu günkü yayımında yer almış "Azərbaycanlının cinayətini "yumağa" cəhd edirlər ki, Paşinyan inciməsin?" başlıqlı məqalədə həyasızlıq bildirilir ki, prokurorluğun başladığı cinayət işi həqiqəti gizlətmək üçündür. Sonra əlavə edilir ki, Zəngəzur mis molibden kombinatının azərbaycanlı tərəfindən guya öldürülən gözətçisi Hayrapet Meliksetyanın gözətçilik forması hərbi formaya bənzəyir. Azərbaycan əsgəri həmin gözətçini hərbçi, kombinatı isə hərbi obyekt kimi qəbul etdiyinə görə gözətçini öldürüb, kombinatda isə yanğın törədib. Ona görə də o diversantdır. Məqalədə həqiqəti inkar edən digər uydurmalar da özünə yer alıb. Amma bir həqiqət xatırladılır ki, Nikol Paşinyan aprelin 14-də birgə iclas zamanı parlament sədri Alen Simonyana açıq şəkildə deyib ki, sərhədi pozub Ermənistanda yaxalanan azərbaycanlı  hərbçilərdən biri mülki şəxsi öldürmək də şübhəlidir, amma belə deyil. Ona görə də "hakimiyyət Paşinyanın sözünün yalan olmaması üçün azərbaycanlının günahını yuyur", - deyə müəllif həm də xatırladır ki, "Vətəndaş müqaviləsi" partiyasının deputatı Narek Arzumanyan 5-ci kanalın efirində belə deyib "Bəli, o, edib".

Məlum olduğu kimi, deputat çıxışına görə elə də məsuliyyət daşımır və necə deyərlər, bir hadisə barədə hərə yuxuda gördüyünü də deyir. Bu baxımdan həmin deputatın deyil, baş nazirin və prokurorluğun dedikləri qəbulediləndir.

O ki qaldı erməni mətbuatının sərsəmləmələrinə bu da başadüşüləndir, belə ki, onlar yalana, şərə, böhtana elə körpəlikdən vərdişli olurlar. Ona görə ki, həmin "Hraparak"ın rəhbəri, parlament sədrinin qaynanası Armine Ohanyan dediyi kimi, ermənilər anadan bədbəxt və qorxaq doğulurlar.

Erməni əlində əzab çəkən əsgərlərimizin isə dövlətimizin sayəsində tezliklə vətənə qayıdacaqlarına şübhə ola bilməz.

Nəsib Qaramanlı

Oxşar xəbərlər