20.09.2024, 00:17
AZ EN
06.04.2023, 14:06 315

Dünənki kasıb milyonçu nazir, ağa olub

XƏBƏRLƏR
  • Göyçənin Azad kəndində yerləşən hərbi hissədə gecə yatdıqları zaman yanıb külə dönən əsgərlərin valideynlərinin bir qrupu martın 30-da hərbi prokuror Qriqor Elizbaryanla görüşüb 3 saat söhbət etdikdən sonra belə başa düşüblər ki, hökumət həqiqətin açıqlanmasında maraqlı deyil, səbəb isə qaranlıq qalmaqdadır.

Yanan əsgər Aram Manukyanın atası Artyom Manukyan "Hraparak"ın müxbiri Hayk Gevorkyanla müsahibəsində deyib ki, hərbi prokuror, deyəsən, heç nədən hali deyil. Biz hadisə yerində bəzi əşyalar, "praporşik patronları" tapıb istintaqçılara vermişdik, prokurorun bundan da xəbəri yoxdur.

Jurnalistin "Siz Suren Papikyanla da görüşmək üçün nazirliyə müraciət etmişdiniz. Suren Papikyandan bir xəbər varmı" sualına cavab olaraq isə bildirib ki, Suren görüşdən qaçır. O istefa verməlidir. Kasıbın biri idi. Nazir olandan bəri ağa olub, milyonlarla oynayır.

Haqlı şikayətlərinə məhəl qoyulmadığını bildirən valideyn əlavə edib ki, bütün faktlar həmin əsgərlərə öz zabitləri tərəfindən terror edildiyini təsdiqləyir və ədalətin qalib gəlməsi üçün sonadək mübarizə aparacaqlar.

Biz isə əlavə edirik ki, terror Ermənistanda və onun vəkil bacısı İranda dövlət siyasətinin əsas sütununu təşkil edir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR