17.03.2025, 09:09
AZ EN
03.04.2023, 12:52 302

Hərbi forma geyinən mülki şəxslər cərimələnəcək

XƏBƏRLƏR

Bu gün saat 10-da Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının növbəti iclası keçirilib. Komissiyasının "Vətəndaş müqaviləsi" fraksiyasından üzvü Hayk Sarkisyan iclasda iştirak edən müdafiə nazirinin müavini Arman Sarkisyana müraciət edərək bildirib ki, hərbçilər smartfon alıb müəyyən işlərdə istifadə edirlər. Deputatın smartfon əvəzinə planşetlər işlədilməsinin daha münasib olduğunu bildirməsi birmənalı qarşılanmayıb. Nazir müavini vurğulayıb ki, hərbi xidmət zamanı təkcə smartfondan deyil, həm də digər müasir texniki vasitələrdən istifadə etmək zərurəti yaranıb. Deputat cavab verib ki, ovçular, balıqçılar, çobanlar hərbi formada gəzirlər, hətta o geyimlərdə zabit nişanları da olur.

Mübahisəyə komissiyanın sədri müdaxilə edib və belə qərara gəlinib ki, hərbi formada gəzən hər bir mülki şəxs cərimə edilsin.

Nəsib

Oxşar xəbərlər