21.11.2024, 23:10
AZ EN
22.02.2023, 11:25 345

Vəkilləri döyənlər işdən qovuldular

XƏBƏRLƏR
  • Ermənistan vəkillər palatası 2 həftə əvvəl keçirdiyi mətbuat konfransında bəyanat yayaraq bildirmişdi ki, öz peşə fəaliyyətini yerinə yetirərkən 2 vəkil polislər tərəfindən döyülərək yüngül bədən xəsarəti alıblar. Həm sözügedən vəkillər, həm də həmkarları olaya hüquqi qiymət verilməsini və müqəssir şəxslərin cəzalandırılmasını tələb etmişdilər.

"Hraparak"ın bu gün  paylaşdığı xəbərlər sırasında həmin olaylar yenidən xatırladılır və bildirilir ki, vəkillərə qeyri qanuni təzyiq göstərən polislər barədə tədbir görülüb. Belə ki, Erebuni şöbəsinin əməliyyatçıları Martun Yegiazaryan və Vahe Papoyan tutduqları vəzifədən azad ediliblər. Onlar vəkillərə təzminat ödənilməsi barədə də qərar qəbul edilib.

Vəkillər polis şöbəsində aparılan obyektiv araşdırma və qərar qəbul edilməsi ilə bağlı daxili işlər nazirinə, həmçinin vəkillər palatasının üzvlərinə təşəkkürlərini bildirib, bunu ölkədə gedən demokratik islahatların təzahürü kimi dəyərləndiriblər.

Nəsib

Oxşar xəbərlər