29.03.2024, 05:09
AZ EN
03.02.2023, 09:05 170

Ermənistan prezidenti məhkəməyə verilib

XƏBƏRLƏR
  • Erməni mediası fevralın 3-də xəbər yayıb ki, tailandlı Kaçaçan Bundin adlı şəxs prezident Vahaqn Xaçatryana qarşı məhkəmə iddiası qaldırıb və Ermənistan vətəndaşlığına qəbul olunması üçün qərar qəbul edilməsini istəyib. İnzibati məhkəmə iddiaya baxıb və məlum olub ki, Kaçaçan Bundin artıq 5 ildir ki, Ermənistanda yaşayır, “Tha take avay” restoranı açaraq bir neçə iş yeri yaradıb, dəfələrlə xeyriyyəçilik fəaliyyəti göstərib. O həm də universitetdə aspirantdır.

Ermənistan milli təhlükəsizlik xidməti isə onun barəsində olan prezident sorğusuna mənfi rəy yazdığına görə vətəndaşlığa qəbul edilməyib. O da bildirilir ki, məhkəmə yaxın günlərdə işə yenidən baxacaq və tailandlı müvafiq qanunlara uyğun olaraq Ermənistan vətəndaşlığına qəbul ediləcəkdir.

Nəsib

Oxşar xəbərlər