- Təkcə populist çıxışlarla deyil, həm də adi insani xüsusiyyətlərdən uzaq sözləri ilə gündəmdə qalan Ermənistan parlamentindəki müxalif deputat Geğam Manukyan öz gözündə tiri görməsə də Paşinyanın gözündəki, sözündəki hər şeyə ad qoymaqla da populyarlığa imza atıb. O, Münhen şəhərindəki son beynəlxalq zirvə toplantısında baş nazir Nikol Paşinyanın çıxışını və əlindəki mikrofonu oynatmasını insana və statusuna yaraşmayan sözlərlə şərh edib. Deyib ki, boynu əyri, başı yarı daz, yarı kirli Paşinyan indi də Xaçaturov kimi məşhur hərbçiyə qənim kəsilərək onu korrupsiya bəhanəsilə saxlatdırıb. Əlbəttə, bu hayların öz daxili işləridir, özləri bilər. Amma hərbi xidmət keçməyən Geğamın özünü müdafiə naziri postunda görmək istəməsi gülüncdür və bu barədə yazısında politoloq Stepan Qriqoryan hələ bir həftə öncə vurğulamışdı.
Qardaş Türkiyədəki dünənki zəlzələyə də vəhşicəsinə münasibət göstərən Geğam Manukyan özü də bilmədən "Nikol Azərbaycan liderinin yanında da boynu bükülü və eybəcər görünürdü"- deməklə həm də hayların hamısının eybəcərliyi barədə deyilənləri təsdiqləmiş oldu.
Xatırladaq ki, o Türkiyəyə xilasedicilər göndərilməsinin də əlehinə çıxaraq - "mən onların sırasında olsam, xilasedicilik deyil, başqa hərəkət edərdim" - deyə insanlıqdan əsər-əlamətə malik olmadığını parlamentdə də sübut etmiş və sədr tərəfindən tənqid edilmişdi.
Nəsib