21.11.2024, 17:58
AZ EN
02.02.2023, 17:54 340

Ermənistan ordusunda böhran davam edir

XƏBƏRLƏR
  • Ermənistanda təkcə iqtisadi, sosial sahədə deyil, orduda da dərin böhran yaranıb və bu indiyədək gizli saxlanılıb ki, düşmən daha da cəsarətlənməsin. Bu fikirləri siyasi ekspert Stepan Gevorkyan bu gün "Hraparak"da yayılmış müsahibəsi zaman səsləndirib. Yeni ildən bəri müharibənin başa çatmadığı, yalnız atəşkəs barədə razılaşma əldə edildiyini iddia edən ermənilərin hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə daha çox itirəcəklərini daim gündəmdə saxlamaları onların, doğrudan da, yeni dəmir yumruğa ehtiyacları olduğunu təsdiqləyir.

Ekofəalların Laçın-Xankəndi yolundakı haqlı və dinc aksiyasını müharibəyə hazırlıq kimi dəyərləndirib bu barədə dezinformasiyalar yayaraq beynalxalq təşkilatları ölkəmizə qarşı təzyiq göstərməyə səsləyən hayların öz içlərində qanunsuzluqlara "fikir müxtəlifliyi " donu geydirmə çalışmaları mətbuatda da dərin kök atmaqdadır.

Məqalələrdə hərbi sirr hesab edilən bəzi faktların qeyd olunmasının isə hayların mentalitetindən irəli gəldiyini demək heç də yenilik deyil. Bu baxımdan jurnalist Vahe Makaryanın "25 günlük təlim toplanışının  başlanması vaxtı niyə uzadıldı" başlıqlı məqaləsi diqqət çəkəndir. Müəllif yazır ki, ehtiyatda olanlar üçün 3 ay deyil, 25 gün təlim-məşq toplanışı barədə hökumətin müvafiq qərarı olsa da hələ buna əməl olunmur. Nəticədə isə xüsusilə Azərbaycanla təmas xəttində olan ehtiyatdan çağırılanlar arasında narazılıq çoxalır. Onların bəziləri isə 3 aylıq xidmətdən qayıtdıqdan sonra öz iş yerlərindən çıxarıldıqlarına görə qalmaqal yaradırlar. Bəziləri isə konkret faktlar açıqlayaraq orduda hərc-mərclik olduğunu təsdiqləyirlər,  bu isə müxalif liderlər və deputatlar tərəfindən hakimiyyətə qarşı silaha çevrilir.

Müəllif məqaləsinin sonuna yaxın qeyd edir ki, artıq vətəndaşlar hərbi toplanışda 3 ay deyil, 25 gün olacaqlar. Bu iş cari ilin aprelində start götürəcək, aprelin 18-dən mayın 12-si də daxil olmaqla 366 nəfər (322 sıravi, 27 ehtiyatda olan zabit,17 gizir) hərbi təlimlərdə iştirak edəcək.

Suren Papikyan isə ordudakı nöqsanları aradan qaldıra bilməsə, istefaya məcbur ediləcək. Bu xəbəri hakimiyyət rəsmisi hökumətin son iclasında səsləndirib.

Nəsib Qaramanlı

Oxşar xəbərlər