21.11.2024, 18:08
AZ EN
27.01.2023, 17:27 299

Hay iqtidarı məsuliyyətdən qaçmağa çalışır

XƏBƏRLƏR

Erməni politoloqlar Avropa İttifaqının Ermənistana müşahidə missiyası göndərilməsi ilə bağlı diskussiyaları davam etdirirlər. Arman Abovyan yazır ki, Qərblə Şərqin arasında yerləşən Ermənistan dünya siyasətində gedən proseslərə qarışmaya bilməz. Bölgədəki vəziyyəti öz baxış bucağından keçirən politoloq Avropa İttifaqının Ermənistana kömək etmək qərarını yalnız öz mənafeyini həyata keçirmək kimi dəyərləndirir və xüsusi vurğulayır ki, iki ay müddətində müşahidə missiyası yerinə yetirilərkən Ermənistan üçün heç bir faydalı proses baş tutmayıb. Bunun Avropa ölkələrinin Azərbaycanla münasibətlərinin pisləşməsi üçün edildiyini diqqətə çatdıran politoloq yazıb ki, məsələn ermənilərə görə ABŞ heç vaxt öz bazasını Türkiyədən çıxartmaq, Avropa isə özünü Azərbaycanın enerji resurslarının istifadəsindən mərhum etməz. Rusiyanın bölgədə söz sahibi olduğunu  və Qərbin onun qarşısında hələ də dayanıqlı siyasət apara bilməməsini xatırladan A.Abovyan Türkiyə-Azərbaycan İttifaqının digər dövlətlər tərəfindən dəstəklənərək söz sahibinə çevrildiyini də vurğulayıb. O, daha sonra əlavə edib ki, ölkədə hər gün müşahidə missiyası yerinə yetirilsə də bu nə Azərbaycan, nə də Ermənistan hakimiyyətinin danışıqları dayandırması anlamına gəlməməlidir. Ermənistan hakimiyyəti isə həmin missiyaya arxayın olaraq  məsuliyyətdən yayınmaq üçün növbəti yollar axtarmamalıdır. “İki ay davam edən missiya Ermənistana nə verdi? Heç nə. Bəs indiki missiya nə verəcək? Heç nə", - deyə Arman Abovyan öz şərhini yekunlaşdırıb.

N.Qaramanlı

Oxşar xəbərlər