Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan müşavirə keçirib. Tədbirdə beynəlxalq təşkilatlar tərəfindən yayılmış sənədlərdə Ermənistanın necə qiymətləndirilməsi məsələsi müzakirə olunub. Həmin sənədlərlə bağlı bildirilib ki, biznes yerlərinin yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə, insan haqlarının qorunması, kibertəhlükəsizlik, elm və digər sahələrdə Ermənistan müəyyən müsbət addımlar atıb.
Paşinyan beynəlxalq rəy yarada biləcək bütün sahələrdə işin keyfiyyətli olmasının zəruriliyini bildirib və bununla bağlı müxtəlif tapşırıqlar verib.
Xəbəri "Hraparak" yayıb.
Nəsib