02.08.2025, 04:47
AZ EN
25.01.2023, 14:14 388

Xocalı soyqırımının iştirakçısı həbs ərəfəsindədir

XƏBƏRLƏR

Xocalı soyqırımı qatillərindən olan Seyran Ohanyan həbs edilə bilər. Bu xəbəri yayan "Hraparak"ın  əməkdaşı Vahe  Makaryan sözügedən qəzetin 25 yanvar tarixli "Seyran Ohanyana icazə verilməyib ki, barəsində hazırlanan ittihamnamə ilə tanış olsun" başlıqlı məqalədə yazılıb ki, baş prokuror Anna Vartapetyan erməni parlamentinə "Hayastan" fraksiyasının rəhbəri Seyran  Ohanyan barədə üç ittiham sənədi təqdim edib və onun deputat toxunulmazlığının ləğvi məsələsinin müzakirə olunmasının vacibliyini vurğulayıb. Parlamentin rəhbərliyi 2 ittihamnamə barədə deputatlara məlumat verib və həmin 2 sənədin surəti tanış olması üçün S.Ohanyanın şəxsən özünə təqdim edilib. 3-cü sənədin təqdim edilməməsinin səbəbini isə onun tam məxfi olması ilə əlaqələndiriblər. Müəllif yazır ki, 2 sənəddə onun  müdafiə naziri olduğu vaxtlarda baş vermiş mənimsəmə, korrupsiya və s. qeyri-qanuni işlər barədə ətraflı məlumatlar var. Amma 3-cü sənəd sırf hərbi-siyasi məsələlər barədədir və bunlar sübuta yetirilərsə, S.Ohanyan deputat toxunulmazlığı ləğv edildikdən dərhal sonra həbs olunacaqdır. Müəllif sonda əlavə edib ki, indiki nazir də korrupsiya ilə məşğuldur, amma baş nazir N.Paşinyanın himayəsində olduğuna görə hələ ki azadlıqdadır.

Nəsib

Oxşar xəbərlər