Yanvarın 1-də ailə üzvləri erməni millətçiliyinin və separatizminin qurbanlarından olan bu gəncin xatrəsini İrəvandakı “Yerablur” qəbiristanlığında yad ediblər. Atası Baqrat Uzunyan oğlunun hansı şəraitdə gəbərdildiyini hələ də dəqiqləşdirə bilməyib. Amma “News.am”a müsahibəsində deyib ki, əsgər yoldaşları Davidin döyüşdə guya “bir neçə türkü vurduğunu” söyləyiblər...
Təəssüf ki, türklərə nifrət və revanşizm ovqatı hələ də Ermənistan cəmiyyətində çox güclüdür. İyirmi yaşında Azərbaycan torpağında quldur dəstəsinin üzvü kimi məhv edilən Davidlərin nakam taleyi onlara dərs olmayıb.