12.02.2026, 07:12
AZ EN
11.02.2026, 18:20 105

Paşinyan: Ermənistan AES-in istismar müddəti 2046-cı ilə qədər uzadılacaq

XƏBƏRLƏR
  • Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddəti 2046-cı ilə qədər uzadılacaq.

Bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatında bildirib.

"Ermənistan AES-in istismar müddəti 2036-cı ilə qədər uzadıldıqdan sonra daha 10 il, yəni 2046-cı ilə qədər uzadılmalıdır. Bu müddət ərzində yeni stansiya ilə bağlı qərar qəbul edilməlidir", - Paşinyan əlavə edib.

2023-cü ildə "Rosatom Servis" və "Ermənistan AES" QSC AES-in istismar müddətinin 2036-cı ilə qədər uzadılmasına dair saziş imzalayıb. Stansiyanın istismar müddətinin yenidən uzadılması üzrə işlər başlayıb. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR