17.12.2025, 12:41
AZ EN
17.12.2025, 11:02 33

Ermənistandan etiraf: Qarabağdan köçənlər arasında üçüncü ölkənin vətəndaşları olub

XƏBƏRLƏR
  • Azərbaycan orsusunun 2023-cü ilin sentyabrında həyata kerçirdiyi bir günlük antiterror tədbirləri zamanı Qarabağ bölgəsini könüllü tərk edərək Ermənistana köçən ermənilərin 26 min 233 nəfəri bu ölkənin vətəndaşlığını qəbul edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşlığını qəbul edən Qarabağ erməniləri hökumətin müvafiq qərarı ilə maddi yardım və yaşayış sahələri ilə təmin olunur. Lakin Qarabağı könüllü tərk edən imkanlı erməni ailələrinin bir çoxu sonradan Ermənistanı da bəyənməyərık xaricə köçüblər. Hazırda onların böyük əksəriyyəti Rusiya və Livanın müxtəlif bölgələrində öz imkanlarına uyğun daimi yaşayış yeri seçiblər. 

Ermənistanın Əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan deyilənləri təsdiqləyib. O, dünən Ermənistan Respublikası ilə Asiya İnkişaf Bankı arasında "Mənzil islahatları və yaşayış şəraitinin yaxşılaşdırılması (THRIVE)" layihəsi çərçivəsində kredit və qrant müqavilələrinin imzalanması mərasimində deyib ki, Qarabağı tərk etdikdən sonra Ermənistanda yaşamağa qərar verən ailələrin əksəriyyəti dövlətin sosial dəstəyinə ehtiyacı olan aztəminatlı əhali koteqoriyasına aiddir. Onun sözlərinə görə, Qarabağdan köçmüş və Ermənistan Respublikasının vətəndaşlığını qəbul edən 26 min 233 nəfərdən 16 min 919-u yetkin, 8 min 314-ü isə yetkinlik yaşına çatmayandır. Bundan başqa, əlavə olaraq daha 6 min 696 nəfər də vətəndaşlıq üçün ərizə verib ki, hazırda onların müraciətləri baxılma mərhələsindədir.

Xaçatryan Qarabağı tərk edən erməni ailələrinin bir qisminin vətəndaşlıqla bağlı müraciətlərinin rədd edilməsindən də danışıb. O, bu cür halların olduğunu dolayısı ilə təsdiq edib. Nazir müavini deyib ki, Azərbaycan Qarabağ bölgəsi işğal altında olarkən xüsusən Livandan və Rusiyanın müxtəlif vilayətlərindən olan erməni ailələri müvəqqəti olaraq həmin ərazilərə köçərək orada yaşayıb. Onun sözlərinə görə, bu cür hallar vətəndaşlıqla bağlı ərizələr yoxlanılarkən təsdiqini tapıb: "Amma bu, kütləvi hal deyil, vətəndaşlığın rədd edilməsi ilə bağlı yayılan məlumatlar bir çox hallarda şayiələrə əsaslanır. Qarabağdan köçən ailələr arasında vətəndaşlıqla bağlı müraciətlərə imtina qərarının verilməsindən narazılıq yoxdur. Hər halda rəsmi olaraq bu cür şikayətlərlə rastlaşmamışıq, bizə belə bir məlumat daxil olmayıb".

Ermənistan Respublikası ilə Asiya İnkişaf Bankı arasında arasında imzalanmış kredit və qrant müqavilələri çərçivəsində Qarabağı könüllü tərk etmiş erməni ailələrinin mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur. Ermənistan hökuməti bu yaxınlarda Niderlandla da belə bir razılaşma əldə edib.  Bu ilin sentyabrında əldə edilmiş razılığa əsasən, Niderland hökuməti Qarabağ bölgəsindən Ermənistana könüllü köçmüş ermənilərin mənzillə təmin olunması üçün 14 milyon avro ayıracaq. Qlobal Güzəştli Maliyyə Fondundan alınan vasitin təyinatı üzrə xərclənməsinə Niderland və Ermənistan hökumətləri birgə nəzarət edir.

Xatırladaq ki, antiterror tədbirlərindən sonra bölgəni tərk etməyərək Azərbaycan vətəndaşı kimi Qarabağda yaşamağa qərar verən ermənilə də var. Hazırda həmin şəxslər Azərbaycan dövlətinin sosial qayğısı altında Xankəndi, Xocalı və digər ərazilərdə yaşamaqda davam edir.

Elxan SALAHOV

Oxşar xəbərlər