20.11.2025, 05:55
AZ EN
29.09.2025, 14:00 285

Nazir: Ermənistan-Türkiyə sərhədinin açılması üçün hər şeyi edəcəyəm

XƏBƏRLƏR
  • Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Ermənistan-Türkiyə sərhədinin açılması üçün səy göstərəcəyini bəyan edib.

O, bu barədə parlamentin regional və Avrasiyaya inteqrasiya məsələləri üzrə komissiyasının iclasında bildirib.

"Mən Ermənistan-Türkiyə sərhədinin açılması və Ermənistan iqtisadiyyatının inkişafı üçün hər şeyi edəcəyəm", - o deyib.

Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycan Ermənistanla sərhədləri bağlamağa səbəb olan məsələləri həll edib.

Qeyd edək ki, Ermənistan və Türkiyə arasında sərhədlərin açılması məsələsi ilə bağlı danışıqlar davam edir. Həmçinin Azərbaycanla da regional kommunikasiyaların açılması məsələsi müzakirə olunur. (Report)

Oxşar xəbərlər