27.06.2025, 16:51
AZ EN
09.07.2024, 12:17 339

Qarabağdan köçənlər xaricə axışırlar

XƏBƏRLƏR
  • "Hraparak"ın yazdığına görə, Qarabağdan könüllü Ermənistana köçənlərin 10 min nəfərdən çoxu xaricə, xüsusilə Rusiya Federasiyasının müxtəlif bölgələrinə sığınacaq axtarmağa gediblər və bu proses indi daha da sürətləndiyinə görə onların xarici pasportlarla təmin olunması üçün Çarensavandakı pasport və vizalar şöbəsi Hrazdana köçürülüb.

Əlavə olunub ki, səhər saat 6-dan orada növbə yaranır və iş vaxtı qurtaranadək bəzən 150 nəfərə xidmət göstərilir. Gücləndirilmiş iş rejiminin hələ bir neçə ay davam edəcəyini xatırladan müxbir belə qənaətə gəlib ki, soyuqlar dünənəcən daha 10 minlərlə adam Ermənistanı daimi tərk edəcək.

N.Qaramanlı

Oxşar xəbərlər