Bu barədə Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan bildirib.
“Məndə olan məlumata görə, onların (Ermənistan hökumətinin) inciməsinlər deyə adlarını çəkmək istəmədiyim ölkələrdən aldıqları silahların təxminən 90 %-i müxtəlif səbəblərdən istifadəyə yararsızdır. Bəziləri texniki səbəblərdən istifadə oluna bilməz. Artilleriya silahı alıblar, amma onlar üçün mərmi yoxdur, çünki oradakı standartlar fərqlidir”, - o bildirib. (Report)