01.08.2025, 17:45
AZ EN
22.07.2025, 10:41 224

Erməni arxiyepiskop deputat və məmurlarla bağlı məhkəməyə müraciət edib

XƏBƏRLƏR
  • Həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan bir qrup şəxsə qarşı təhqir və böhtan ittihamı ilə məhkəməyə müraciət edib.

Onların arasında siyasətçilər, məmurlar və ictimai xadimlər var.

Din xadimi ən böyük kompensasiyanı deputat Vaaqn Aleksanyandan - 9 milyon dram (təxminən 23 min dollar) tələb edir.

Səhiyyə naziri Anait Avanesyan, "Respublika" partiyasının lideri Aram Sarkisyan və onun partiya yoldaşları Ani Xaçatryan və Hayk Saakyan hər biri 3 milyon dram (7500 dollar) tələb olunur. İctimai xadimlər Arutyun Mkrtçyan və Stepa Safaryana qarşı da məhkəməyə müraciət edilib. (Report)

Oxşar xəbərlər