12.09.2025, 10:34
AZ EN
07.07.2025, 16:24 299

Ermənistan parlamentində vitse-spiker və deputat arasında mübahisə olub

XƏBƏRLƏR
  • Ermənistan parlamentində vitse-spiker Ruben Rubinyan və müxalifətçi "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyan arasında mübahisə baş verib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, mübahisə baş prokuror Anna Vardapetyanın müxalifətçinin deputat toxunulmazlığının ləğvi və cinayət işinin açılması ilə bağlı vəsatətinin müzakirəsi zamanı baş verib.

Deputat A.Sarkisyan terrora hazırlıq və hakimiyyəti qəsb etmə işində ittiham olunur. Bu işdə arxiyepiskop Baqrat Qalstanyan və daha 15 nəfərin adı keçir.

Vəsatəti təqdim edərkən baş prokuror qeyd edib ki, A.Sarkisyan, B.Qalstanyan və digər şəxslər qrupu ilə birlikdə 2024-cü ilin iyulundan 2025-ci ilin martına qədər ölkədə hakimiyyəti ələ keçirməyə hazırlaşıb, o cümlədən hökumət binalarına hücum üçün qrupların cəlbinə kömək edib.

Daha sonra "Vətəndaş müqaviləsi" partiyasının deputatı Vaaqn Aleksanyan Ermənistanda terror cəhdləri və hakimiyyəti ələ keçirmə mövzusuna toxunub. A.Sarkisyan yerindən ona sual vermək istəyib.

Vitse-spiker R.Rubinyan müxalifətçini susmağa çağırıb.

"Ona (V.Aleksanyan) söz verilib və o çıxış edir. Sən isə yerinə otur və sakitləş!", - R.Rubinyan Sarkisyana müraciət edib.

Bundan sonra vitse-spiker A.Sarkisyana xəbərdarlıq edib. (Report)

Oxşar xəbərlər